"Qızıl top"un sahibi müəyyənləşdi - İDDİA

"Real Madrid"in cinah oyunçusu Vinisius Junior 2024-cü ildə “Qızıl top”u qazanacaq.
Fanat.az xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin iddiasına görə, 24 yaşlı braziliyalı Parisdə keçiriləcək mərasimdə "France Football"-dan mükafat alacağını artıq bilir.
Ötən mövsüm Vinisius “Real Madrid”lə Çempionlar Liqası, La Liqa və İspaniya Superkubokunun qalibi olub.