Qvardiola rusların təklifini qəbul etdi

Rusiya Futbol İttifaqının Məşqçilər Akademiyasının direktoru Sergey Ovçinnikov "Mançester Siti"nin çalışdırıcısı Xosep Qvardiolaya akademiyada leksiya keçmək üçün dəvət göndərdiklərni açıqlayıb.
Fanat.az xəbər verir ki, "sport24.ru" onun sözlərini belə çatdırıb:
"Qvardiolanı dəvət etməyi çox istəyirdik. Onunla əlaqə saxladıq və bu mövzuda danışdıq. Qvardiola indi vaxtının olmadığını, amma sonra böyük məmnuniyyətlə təklifi qəbul edəcəyini dedi. O, artıq razılıq verib. Gec-tez gələcək".