Qvardiola hansı komanda ilə üz-üzə gəlməkdən çəkindiyini açıqladı

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında hansı komandadan çəkindiyini açıqlayıb.
Fanat.az xəbər verir ki, "Men in Blazers" onun sözlərini belə çatdırıb:
"Nyukasl" qayıdacaq. Bu mövsüm onlar avrokuboklarda iştirak etməyəcəklər. Həftədə bir oyuna çıxacaqları üçün əla enerji və fiziki hazırlıqla diqqət çəkəcəklər. Bu rəqiblə oyunlardan çəkinməyə dəyər".
Xatırladaq ki, Qvardiola 2016-cı ildən "Mançester Siti"ni çalışdırır. Sözügedən mütəxəssis 8 il ərzində "şəhərlilər"lə 16 mükafat qazanıb. Pepin Mançester təmsilçisi ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.