Qvardiola futbolçularını "danladı"

Dec 26, 2024 - 11:07
Qvardiola futbolçularını "danladı"

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola son 12 qarşılaşmada cəmi 1 qələbə qazanan komandasını toparlamağın yollarını axtarır.

Fanat.az BBC-yə istinadən xəbər verir ki, o, İngiltərə Premyer Liqasının 18-ci turunda "Everton"a qarşı keçirəcəkləri matçdan öncə futbolçuları klubun bazasında saxlayıb.

Hazırda 27 xalı olan "Siti" yerli pçempionatın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Bu gün baş tutacaq "Mançester Siti" - "Everton" görüşü Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.