“Səbail”ə ağı düşmür

Mar 19, 2025 - 10:38
“Səbail”ə ağı düşmür

“Səbail” “istedadlı dələduzlar”ın yaratdığı və rəhbərlik etdiyi komanda olub. Belə komandaların sayı Azərbaycanda çoxdur. Məqsəd də dövlətin futbolun inkişafı üçün ayırdığı vəsaiti səliqəli tərzə “yumaqdır”.

“Səbail” kimi komandaların sahibləri olmur. Onlar istifadə vasitələridir. Müddəti bitdisə, zibil yeşiyinə atılır. “Səbail”in də istifadə müddəti bitib, zibil yeşiyinə atılacaq.

Bəs “istedadlı dələduzlar” hara gedəcəklər? Onların təcrübəsinə həmişə ehtiyac var. Premyer Liqada komanda sayı artırılır. Onlar da sadəcə komandalarını dəyişəcəklər. Pul haradadırsa, “istedadlı dələduzlar” da oradadır.

Ona görə də, “Səbail”ə ağı deməyi dayandırın. Saxta komandalara ağı düşmür.

Natiq Muxtarlı