Qızılın qiyməti tarixi maksimumunu yenilədi

Qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti bir troy unsiyası üçün 3400 dolları keçib.
Belə ki, Bakı vaxtı ilə saat 10:09-a olan məlumata görə, qızılın qiyməti 0,19% faiz artaraq, 1 troy unsiyası üçün 3400,5 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 10:14-də isə qızılın qiymətinin artımı ləngiyərək, 1 troy unsiyası üçün 3400,1 dollar (+0,18%) olub.