“Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib” – Paşinyan

Apr 21, 2025 - 12:33
“Ermənistanda keçirilən referendumları xalqın iradəsini əks etdirməyib” – Paşinyan

“Ermənistanda keçirilən heç bir konstitusiya referendumu xalqın iradəsini əks etdirməyib”.

Yeniavaz.com “Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanda qanunçuluq və cəmiyyət arasında uçurumun səbəbi də budur.

“Və bu uçurum digər məsələlərlə yanaşı, bütün konstitusiya referendumları zamanı ictimaiyyətin rəsmi nəticələrin xalqın iradəsini ifadə etmədiyi və ya tam ifadə etmədiyinə əmin olması ilə bağlıdır”, - Paşinyan bildirib.

O, hesab edir ki, mövcud hüquqi nizamla cəmiyyət arasında üzvi əlaqə olmalıdır.

Qeyd edək ki, martın sonunda Paşinyan bəyan edib ki, Ermənistan hakimiyyəti 2027-ci ildə yeni konstitusiyanın qəbulu ilə bağlı referendum keçirməyi planlaşdırır. Eyni zamanda, onun komandasının 2026-cı ildə keçiriləcək parlament seçkiləri ilə paralel referendum keçirməyin məqsədəuyğun olacağı fikrini ifadə etdiyini də əlavə edib.