Qazax Mərkəzi Xəstəxanasında saxta diplom qalmaqalı

Apr 22, 2025 - 11:49
Qazax Mərkəzi Xəstəxanasında saxta diplom qalmaqalı

“Media dövlət və cəmiyyət arasında körpü rolunu oynayır, ictimai həmrəyliyi və milli kimliyi möhkəmləndirir. Etibarlı informasiya mənbələri cəmiyyətin mürəkkəb reallıqlarda düzgün istiqamət götürməsinə kömək edən məlumatlı və şüurlu vətəndaş cəmiyyətinin formalaşmasına töhfə verir. Buna görə də media savadlılığını artırmaqla, biz məlumatlı və məsuliyyətli cəmiyyətin əsasını qoyuruq”.

Aztoday.org  xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov Astanada keçirilən İkinci Mərkəzi Asiya Media Forumu çərçivəsində bildirib. Bu sitatı xatırlatmağımız əbəs deyil.

Redaksiyamıza Mustafayeva Rəna Süleyman qızı adlı şəxsin Qazax Rayon Mərkəzi Xəstəxanasına işə düzələrkən təhsili haqda yanlış məlumat verməsi barədə məlumat daxil oldu. Məlumat daxil olan kimi, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılovun yuxarıdakı fikirlərinı əsas tutaraq, araşdırmalara başladıq. Aztoday.org olaraq apardığımız araşdırmadan məlum oldu ki, Qazax Rayon Mərkəzi Xəstəxanasında baş tibb bacısı kimi fəaliyyət göstərən, Mustafayeva Rəna Süleyman qızı adlı şəxsin diplomu "saxtadır".

Rəna Mustafayeva 2004-dən 2014-cü ilə qədər Qazax RMX-nın Doğum Şöbəsində xadimə kimi, 2014-cü ildən hal-hazıra qədər baş tibb bacısı kimi çalışır. O, 2005-ci ildə Odlar Yurdu Universitetinin Qazax filialından (işlədiyi müddətdə) diplom alıb. Rəna Mustafayeva işlədiyi müddətdə necə diplom aldı? Bu sualla bağlı araşdırmamızda ortaya çıxdı ki, R.Mustafayeva 2023-cü ildə Gəncə tibb kollecində 24 günlük mama kursu keçib və 24 günlük kursda aldığı sertifikat əsasında doğum şöbəsində Baş Tibb bacısı necə təyin edilib.

Mənbənin iddiasına görə R.Mustafayevanın Odlar Yurdunun Qazax filialından aldığı diplom o zamanlar Təhsil Nazirliyində çalışan Samir vəliyev vasitəsi ilə tanıtdırılıb.

Hər bir saxta diplomun arxasında cinayət əməli, dövlətdən mənimsənilmiş xeyli miqdarda vəsait və digər məsələlər dayanır. Ona görə də saxta diplom məsələsinə barmaqarası yanaşmaq olmaz. Bəs saxta diplomu olan və həmin şəxsləri işə götürənlərlə bağlı hansısa cinayət işi açıla bilərmi? Vəzifəli şəxs bilərəkdən saxta diplomu olanı işə götürərsə, məsuliyyətə cəlb oluna  bilər. Bəhs etdiyimiz proses isə Qazax Rayon Mərkəzi Xəstəxanasın kadrlar məsələsindən məsul şəxsi, insan resursları şöbəsinin rəhbəri Yusifov Rövşən tərəfindən idarə olunub...