Abonentdən “Azercell”ə – “Xidməti başına dəysin…”

“Azercell” abunəçilərinin şikayətləri artmaqda davam edir.
Daha bir müştəri “Azercell”in abonentlərin balansından oğurluqlar etdiyini bildirib.
Tribunainfo.az xəbər verir ki, narazı və şikayətçi gənc Kənan İbrahim bu barədə Feysbuk sosial şəbəkəsində yazıb. O bildirib ki, “Azercell” artıq abonentlərin balansından səbəbsiz pul oğurluqları edir, adını da qoyur xidmət:
“Əvvəla bu “xidmət” heç kimə lazım deyil. İkincisi, siz də abonentlərin haqqına girirsiniz. Üçüncüsü isə lap tutalım, hər ay 2 AZN çıxmağa məcbursunuz (mən əminəm ki, bu belə deyil). O zaman niyə abonentin xətti bağlı qalmalıdır? O 25 dəqiqəni niyə vermisən mənə, əgər mənim xəttimi bağlayıbsansa? Dəysin başına verdiyin dəqiqə də, göstərdiyin “xidmət” də”.
Qarşı tərəfi dinləməyə hazırıq.