Prezident vağzalda və "28 May"da aparılan abadlıq işləri ilə tanış oldu

Nov 1, 2024 - 06:18
Prezident vağzalda və "28 May"da aparılan abadlıq işləri ilə tanış oldu

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 1-də Bakı Dəmiryol Vağzalının və metronun 28 May stansiyasının qarşısında aparılmış abadlıq və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.

AzToday.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.