“OpenAI” “Chrome”u almaq istəyir – “Bloomberg”

“ChatGPT” tərtibatçısı “OpenAI” “Google”un “Chrome” brauzerini almaqda maraqlıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Məlumatı “OpenAI”da “ChatGPT”yə cavabdeh olan Nik Tarli də təsdiq edib.
Tarley qeyd edib ki, “ChatGPT” hazırda “Chrome” üçün əlçatandır, lakin “OpenAI” “Google”un brauzerini alarsa, chatbot “Chrome”a daha dərindən inteqrasiya oluna bilər.
Qeyd edək ki, bundan əvvəl ABŞ Ədliyyə Nazirliyi məhkəməyə müraciət edərək “Google”dan brauzerin sahibliyindən imtina etməsini və texnologiya nəhənginin axtarış sisteminin məhsullarında istifadəsi ilə bağlı digər şirkətlərlə müqavilə bağlamağı qadağan etməsini tələb etmişdi.
ABŞ hökuməti “Google”u inhisar statusundan məhrum etməyə çalışır, onun fikrincə, bu, potensial rəqiblərin internet axtarışının əhəmiyyətli bir hissəsinə nəzarət etməsinə mane olur.
Xatırladaq ki, 5 avqust 2024-cü ildə Kolumbiya məhkəməsi “Google”un axtarış sistemlərində və onlayn reklamlarda inhisarını saxlamaq üçün bazar gücündən sui-istifadə etdiyinə qərar verib. Məhkəmə qərara alıb ki, şirkət “Google”u “Safari” brauzerində defolt axtarış sisteminə çevirmək üçün elektronika istehsalçısı “Apple” ilə müqavilə bağlayaraq, internet axtarış bazarının təxminən 90%-ni rəqibləri üçün bloklayıb. Oxşar müqavilələr “Samsung” şirkəti və “Verizon” mobil operatoru ilə də bağlanıb.