Bakıya leysan yağacaq – Xəbərdarlıq

Apr 23, 2025 - 14:07
Bakıya leysan yağacaq – Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında aprelin 23-ü axşam və 24-ü gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağıntının qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimal olunur.