Moskva 1920-ci ilin temperatur rekordunu qırdı

Apr 17, 2025 - 10:04
Moskva 1920-ci ilin temperatur rekordunu qırdı

Moskvada aprelin 16-da VDNX stansiyasında yeni temperatur rekordu qeydə alınıb.

Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.

Məlumata görə, temperatur 21,2 dərəcə olub:

“VDNX stansiyasında aprelin 16-da yeni temperatur rekordu qeydə alınıb, temperatur 21,2 dərəcə istiyə yüksəlib. Əvvəlki rekord 105 il əvvəl olub, 1920-ci ildə rekord göstərici 21 dərəcə isti olub".

Vilfand belə bir ekstremal dəyərin heç bir təhlükə yaratmadığını vurğulayıb:

“Adətən “ekstremal” sözü pis məna daşıyır, amma məncə, burada belə müsbət temperatur göstəriciləri böyük məmnuniyyətlə qəbul edilir. Bu ekstremal zərərli deyil”.