Azərbaycan nefti bahalaşdı

Apr 17, 2025 - 10:03
Azərbaycan nefti bahalaşdı

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,32 ABŞ dolları və ya 1,97% artaraq 68,46 ABŞ dolları olub.

Onu da bildirək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.