Bir ayaqyolunun tikilməsinin problem olduğu şəhərdə yaşıllıqları məhv edib, ticarət mərkəzi timək kimlərinsə "xeyir-duası olmadan” mümkün deyil...
Bakı dərdi ilə əkiz doğulub... Həmişə dərdli, problemli olub və indi də belədir ki, var. Həm də, bu problemlər rəngarəng olmaqdadır: kommunal sahədəki ən xırda qüsurlardan tutmuş, "novostroyka”lara və müxtəlif ticarət mərkəzlərinə qurban verilən yaşıllıqlara qədər. Az qala hər gün paytaxtın ən ağılagəlməz nöqtələrində bir yenilik müşahidə olunur: ya yaşıllıqların məhvi ilə, ya da piyada səkilərinin dağıdılması ilə...
"Yaşıl soyqırım”ın "Memar Əcəmi” nümunəsi
Artıq bu sevimli istirahət məkanından əsər-əlamət qalmayıb. Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, özünü iş adamı kimi tanıdan Zahir Həsənov adlı şəxs nə az, nə çox 20 milyon dəfə "dua” etməklə bu məkanı ala bilib.
Bilənlər bilir ki, "Şəki” kafesi kimi fəaliyyəti dönəmində bu məkanda paytaxtın təbiətinə uyğun müxtəlif ağaclar olub. Ki, təkcə ZAHİRi gözəlliyi ilə deyil, həm də verdiyi təbii rahatlığı ilə faydalı sayılıb.
Təəssüf ki, bütün bunlarla bağlı artıq keçmiş zamanda danışmaq məcburiyyətindəyik. Bakının baş planından, məlum problemlərin həlli istiqamətində atılan addımlardan danışıldığı zamanda növbəti "yaşıl soyqırım”ı müşahidə etmək, həm də bu məsələdə sorumlu olanları diqqət mərkəzinə gətirir. Heç kimə sirr deyil ki, bir ayaqyolunun tikilməsinin problem olduğu şəhərdə yaşıllıqları məhv edib, ticarət mərkəzi timək kimlərinsə "xeyir-duası olmadan” mümkün deyil...
Yeri gəldi-gəlmədi pafosundan qalmayan Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, özünü aydan-arı, sudan-duru kimi təbliğ etdirən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin bəhs etdiyimiz "özfəaliyyət”dən xəbərsiz oluğunu düşünmək yumşaq desək sadəlöhvlük olardı... Yeri gəlmişkən qarşıdakı günlərdə hər iki quruma rəsmi sorğu üvnalmaqla mövzunu davam etdirəcəyik
Və son əvəzi...
Bəhs etdiyimiz ünvanda ticarət mərkəzinin tikiləcəyi deyilir... Konkret olaraq fəaliyyət sferası haqqında isə müxtəlif məlumatlar var: Mall da , qızıl satışı mərkəzi də ola bilir.
Obyektin sahibi Zahir Həsənovun isə qardaşları ilə birlikdə uzun illərdir ki, Binə Ticarət Mərkəzində uşaq ayaqqabısının tədarükü və satışı ilə məşğul olduğu məlumdur. Xeyirli-uğurlu olsun da, amma uşaq ayaqqabısı ilə biznes piramidasının bu zirvəsinə ucalmaq da suallarsız ötüşmür...(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.




