Azərbaycan İtaliyaya neft satışını kəskin artırıb

May 21, 2025 - 14:10
Azərbaycan İtaliyaya neft satışını kəskin artırıb

Bu ilin ilk 4 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917,6 milyon dollar olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ticarət dövriyyəsinin 8 milyard 784,7 milyon dollarını ixrac təşkil edib.

Əvvəllər olduğu kimi bu dəfə də Azərbaycanın əsas ticarət tərəfdaşı İtaliya olub. Bu ilin ilk 4 ayında İtaliyaya 4 milyard 113,2 milyon dollar dəyərində məhsul (xam neft) ixrac olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə İtaliyaya ixrac 61% və ya 1 milyard 759 milyon dollar artıb.

Onu da bildirək ki, İtaliyaya ixrac kəskin artdığı halda İsrailə xam neft ixracı tamamilə dayandırılıb.

Belə ki, ötən ilin ilk 4 ayında Azərbaycan İsrailə 626,3 milyon dollar dəyərinə məhsul (xam neft) ixrac edib. İsrail Azərbaycanın ən çox məhsul satdığı 3-cü ölkə olub. Lakin, qeyd etdiyimiz kimi, bu ilin ilk 4 ayında Azərbaycan İsrailə xam neft satışını tamamilə dayandırıb.

Qeyd edək ki, bu ilin ilk 4 ayında xarici ticarət dövriyyəsində Azərbaycanın əsas ticarət tərəfdaşları aşağıdakı kimi olub: