Hava limanlarından istifadə: Gürcüstanda 2,2, Azərbaycanda 1,2 milyon sərnişin – Səbəb nədir?

Bu ilin yanvar-aprel aylarında Gürcüstan hava limanları 2 milyon 182 min 811 sərnişinə xidmət göstərib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% çoxdur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanları Assosiasiyası məlumat yayıb.
Müqayisə üçün bildirək ki, eyni dövrdə - bu ilin ilk 4 ayında Azərbaycanda hava limanları 1 milyon 179,5 min sərnişinə xidmət göstərib.
Qeyd edək ki, 2020-ci ilin aprel ayından etibarən Azərbaycanın quru sərhədləri bağlıdır. Quru yolla ölkəyə yalnız yüklərin giriş-çıxışına icazə verilir. Digər insanların xarici ölkələrə gediş-gəlişi yalnız hava limanları vasitəsilə həyata keçirilir. Lakin Gürcüstanda quru sərhədlərin açıq olmasına baxmayaraq, bu ölkənin hava limanlarından istifadə edənlərin sayı Azərbaycanla müqayisədə təxminən 2 dəfəyə yaxın çox olub.
Mütəxəssislər isə bildirirlər ki, bunun əsas səbəbi Gürcüstanda turizmin daha intensiv təşviqidir. Bu ölkədə aşağıbüdcəli (low-cost) aviaşirkətlərin fəaliyyətinin genişlənməsi və biletlərin daha münasib qiymətlərlə təklif olunması da sərnişin axınının artmasına təsir edən əsas amillər sırasındadır.
Son 7 ildə Azərbaycan və Gürcüstan hava limanlarında sərnişin dövriyyəsi aşağıdakı kimi olub: