Maştağada yaşayan iki yeniyetmə qızdan bir həftədir xəbər yoxdur

Aprelin 16-da paytaxtın Sabunçu rayonu Maştağa qəsəbəsində dayı qızı-bibi qızı olan iki yeniyetmə qız itkin düşüb.
Söhbət 2008-ci il təvəllüdlü Aygün Bəhram qızı Hüseynova və 2007-ci il təvəllüdlü Reyhan Elşən qızı Hüseynovadan gedir.
“Aygün və Reyhandan 7 gündür xəbər yoxdur. Ailələri çox narahatdır. Maraqlıdır ki, onlar heç bir kameraya düşməyiblər. Evdən çıxanda hansı istiqamətə getdiklərini müşahidə etmək mümkün olmayıb. 7 gündə onlar barəsində bir məlumat belə alınmayıb. Mobil telefonları da olmayıb”, - jurnalist İlkin Muradov yazıb.