Kadırov 17 yaşlı oğlunu Təhlükəsizlik Şurasının katibi təyin edib

Apr 23, 2025 - 17:00
Kadırov 17 yaşlı oğlunu Təhlükəsizlik Şurasının katibi təyin edib

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov Çeçenistan Təhlükəsizlik Şurasının katibi olub.

Yeniavaz.com xəbər verir ki, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının saytında Kadırovun oğlu artıq katib kimi qeyd olunub.

Respublika KİV-ləri də Adamı məhz bu statusda təqdim etməyə başlayıb.

“Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının katibi Adam Ramzanoviç Kadırovun tapşırıqlarının icrası çərçivəsində onun müavinləri Aslan Julaqov və Salambek Abdraşitovun Rusiya Fövqəladə Hallar Nazirliyinin Çeçenistan Respublikası üzrə Baş İdarəsinin rəisinin birinci müavini Rizvan Zalayevlə növbəti işgüzar görüşü keçirilib”, - deyə KİV məlumatlarında qeyd edilib.

Çeçenistan hakimiyyəti Kadırovun oğlunun yeni vəzifə aldığını rəsmən açıqlamayıb.

Qeyd edək ki, buna qədər Adam Kadırov respublika Daxili İşlər Nazirliyinin kuratoru olub.

Xatırladaq ki, əvvəllər Təhlükəsizlik Şurasının katibi vəzifəsini respublika başçısının qardaşı oğlu Həmzət Kadırov tutub.