Gədəbəyin icra başçısı özünü “siyasi rəhbər” elan edib- FOTO

Gədəbəy İcra Hakimiyyəti növbəti tenderini elan edib.
Tribunainfo.az xəbər verir ki, Gədəbəy şəhərində küçələrin asfalt örtüyünün əsaslı təmirini əhatə edən tenderin qalibi müəyyənləşib.
Məlum olub ki, bu işləri “İS.M.M.” MMC həyata keçirəcək. Bu işlərin müqabilində isə İcra Hakimiyyəti şirkətə 309 min 246 manat ödəyəcək.
Tribunainfo.az-ın araşdırmasına görə, sözügedən İcra Hakimiyyəti “İS.M.M.” MMC ilə son bir ildə iki dəfə anlaşıb. Belə ki, 13.06.2024-cü ildə də eyni şirkətlə Gədəbəy şəhərində yolların əsaslı təmiri işlərinin satın alınmasını reallaşdırıb. Sadəcə, bu ildən fərqli olaraq, ötən il “İS.M.M.” MMC-yə 713 min 456 manat verib.
Araşdırma zamanı o da bəlli olub ki, Fədəbəy İcra Hakimiyyəti bundan əlavə ötən il daha 5 tender keçirib. Belə ki, Gədəbəy şəhərində və digər yaşayış məntəqələrində abadlıq işlərinin satın alınması ilə bağlı “M-HOUSE CONSTRUCTİON” MMC ilə anlaşan dövlət qurumunu, 416 min 507 manat xərcləyib.
Gədəbəy şəhərində abadlaşdırma işlərini isə bölgədə əksər tenderlərin qalibi olmuş “GƏNCƏ KÖRPÜ TİKİNTİ-2” ASC ilə 894 min 929 manata həyata keçirib.
“TOPXANA LAYİHƏ İNŞAAT” MMC ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin inzibati binasının arxa hissəsində olan avtomobil qarajlarında, inzibati binanın arxasında və qonaq evinin həyətində əsaslı təmir işlərinin satın alınmasını reallaşdıran sözügedən qurum bunun üçün 158 min 751 manatlıq tender keçirib.
Bu tenderlərin sonuncusu isə Gədəbəy şəhərində işıqlandırma və piyadaların hərəkəti üçün səkilərin salınması işlərindən ibarət olub. “ELVİ.M.M. SERVİCES GROUP” MMC ilə bağlaınılmış müqavilənin dəyəri 233 min 980 manat olub.
Xatırladaq ki, Gədəbəyin icra başçısı Mürsəlov Orxan Çingiz oğludur. Maraqlıdır ki, bu şəxs İcra Hakimiyyətinin rəsmi saytında (http://gedebey-ih.gov.az/az/aparatin-strukturu.html) özünü “Dövlət qulluğunun ixtisas dərəcəsi” bölməsində “siyasi rəhbər” olaraq qeyd etdirib. Hərçənd “Dövlət qulluğunun ixtisas dərəcəsi”ləri arasında “siyasi rəhbər” vəzifəsi və ya dərəcəsi mövcud deyil. Bu ixtisas dərəcələrinə yalnız “dövlət qulluğu müşaviri” mövcuddur. Görəsən, Orxan Mürsəlov bu “siyasi rəhbər” titulunu və ya ixtisa dərəcəsini haradan icad edib.