Zaur Kərimov istefa verdi

Apr 23, 2025 - 11:44
Zaur Kərimov istefa verdi

Qida Təhlükəsizlik Agentliyinin Bakı Regional bölməsinin rəisi vəzifəsindən istefa verib.

Bu barədə Manset.az məlumat yayıb.

Bildirilib ki, qurumun Bakı Regional bölməsinin rəisi Zaur Kərimov ərizə yazaraq AQTA-nın sədri Qoşqar Təhməzliyə təqdim edib.

“Daha sonra Q.Təhməzlinin müvafiq əmri ilə Zaur Kərimov tutduğu vəzifəsindən azad edilib. Onun vəzifəsi Qida Təhlükəsizlik Agentliyinin Hüquq şöbəsinin müdiri Elşad İsgəndərova həvalə edilib. Zaur Kərimovun istefa vermə səbəbi bəlli deyil”, - sayt yazır.

Qeyd olunub ki, məlumatı AQTA-dan təsdiq ediblər.