“Türkiyə, Pakistan, Azərbaycan birgə addımlar atacaq” – Ərdoğan

Apr 23, 2025 - 08:21
“Türkiyə, Pakistan, Azərbaycan birgə addımlar atacaq” – Ərdoğan

“Türkiyə ilə Pakistan arasındakı əməkdaşlıq bölgədə sülh və sabitliyə mühüm töhfə verir”.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şəriflə keçirdiyi birgə mətbuat konfransında danışıb.

“Biz demək olar ki, bütün məsələlərdə Pakistanla tam uyğunluq içində hərəkət etdiyimizi görməkdən məmnunuq. Bundan sonra Türkiyə, Pakistan, Azərbaycan və digər türk dövlətləri birgə əməkdaşlıq çərçivəsində yeni addımlar atacaq”, - ölkə başçısı deyib.