Messidən duyğusal paylaşım: "Sənin üçün darıxacağam"

Apr 22, 2025 - 10:30
Messidən duyğusal paylaşım: "Sənin üçün darıxacağam"

Argentina millisinin kapitanı Lionel Messi Roma Papası Fransiskin ölümünə biganə qalmayıb.

Fanat.az xəbər verir ki, ulduz futbolçu bu barədə "Instagram" hesabında paylaşım edib.

O, Fransisklə fotosunu yerləşdirərək onu digərlərindən fərqli və eyni zamanda yaxını adlandırıb:

"Dünyanı daha yaxşı bir yerə çevirdiyiniz üçün təşəkkür edirəm. Sənin üçün darıxacağam".

Papa Fransisk bu gün, aprelin 21-də 89 yaşında vəfat edib. Futbol sevgisi ilə tanınan Xorxe Mario Berqoglio argentinalıdır.