Bu xəstəxana direktorlarının ölkədən çıxışına "stop" qoyula bilər

Azərbaycanda məşhur xəstəxana direktorlarının ölkədən çıxışına məhdudiyyət qoyula bilər.
Qaynarinfo-nun məlumatına görə, Şirvan, Şəki, Şabra və Saatlı rayonlardakı mərkəzi xəstəxanaların dövlətə külli miqdarda vergi borcu yaranıb.
Vergi borcu olan xəstəxanalar:
1. Şəki Rayon Mərkəzi Xəstəxanası (direktor Məcid Əliyev) - 121.522,49 AZN (11 saylı Ərazi Vergilər Baş İdarəsi);
2. Şirvan Şəhər Mərkəzi Xəstəxanası (direktor Pərviz Rüstəmbəyov) - 94.574,87 AZN (5 saylı Ərazi Vergilər İdarəsi);
3. Şabran Rayon Mərkəzi Xəstəxanası (direktor Səxavət Cəbrayılov) - 70.248,64 AZN (3 saylı Ərazi Vergilər İdarəsi);
4. Saatlı Rayon Mərkəzi Xəstəxanası (direktor Pərvin Məmmədov) - 23.074,04 AZN (5 saylı Ərazi Vergilər İdarəsi).
Sözügedən xəstəxana direktorlarına borcların ödənilməsi ilə bağlı vaxt verilib və əks halda, məhkəmənin qərarı ilə onların ölkədən çıxışına məhdudiyyət qoyula bilər.