İşğaldan azad olunan rayonlarda nə qədər mal-qara var? – Siyahı

Apr 16, 2025 - 17:18
İşğaldan azad olunan rayonlarda nə qədər mal-qara var? – Siyahı

Ötən ilin eyni dövrü ilə müqayisədə bu ilin yanvar-mart aylarında Azərbaycanda mal-qaranın sayında azalma qeydə alınıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə bu ilin ilk 3 ayında iribuynuzlu mal-qaranın sayı 2,2%, inək və çamışların sayı 1,5%, qoyun və keçilərin sayı isə 4% azalıb.

Məlumat üçün bildirək ki, aprel ayının əvvəlinə olan məlumata görə, ölkədə 2 milyon 456 min 561 baş iribuynuzlu mal-qara olub və onların 1 milyon 220 min 48 başını inək və çamışlar təşkil edib. Qoyun və keçilərin sayı isə 6 milyon 919 min 967 baş olub.

Onu da qeyd edək ki, işğaldan azad olunan bəzi rayonlarda da mal-qaranın sayında azalma qeydə alınıb.

Cədvəldə son 2 ildə işğaldan azad olunan bəzi rayonlarda qeydə alınan mal-qaranın sayı göstərilib: