İdman Kompleksinin direktoru obyekti hansı vəsaitlə əldə edib? - FOTO

Azərbaycanda fəaliyyət götərən əksər məmurların bizneslə məşğul olması heç kimə sirr deyil. Aylıq vəzifə maaşları 1000-1500 manat civarında olan məmurların sahib olduqları yüz min, bəzən isə milyonlarla ölçülən obyektlərin hansı vəsaitlə əldə etməkləri ölkə ictimaiyyətini həmişə düşündürüb.
AzFakt.com saytının araşdırması zamanı məlum oldu ki, obyektə sahib olan məmurlardan biri də Qəbələ rayon Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramovdur
Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramov Qəbələ şəhəri, T.Şirinov küçəsində obyekt tikdirib.
Ümumi sahəsi 150 kvadrat metrə yaxın olan obyektin hazırkı bazar qiyməti 200 min manata yaxındır.
Olimpiya İdman Kompleksinin direktoru Şahismayıl Bayramovun obyekti hansı vəsaitlə inşa etdirməsi xeyli suallar yaradır.
Əldə etdiyimiz digər ilginc məlumatda isə Şahismayıl Bayramovun sabiq Vergilər naziri Fazil Məmmədovun kadrı olduğu bildirilir.
Belə ki, Fazil Məmmədovun nazir işlədiyi dövrlərdə Şahismayıl Bayramov 10 saylı Ərazi Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb.