Anar Bayramov onu bu dəfə müşavir təyin etdi - 7 ay əvvəl işdən çıxmışdı

Apr 14, 2025 - 16:02
Anar Bayramov onu bu dəfə müşavir təyin etdi - 7 ay əvvəl işdən çıxmışdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramova yeni müaşvir təyin olunub. 

Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Bahadur Rzayev gətirilib. Bununla bağlı müvafiq əmr imzalanıb.

Qeyd edək ki, Bahadur Rzayev 7 ay əvvəl Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya, keyfiyyətə nəzarət və xidmətin təşkili departamentinin müdiri vəzifəsindən azad olunaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İdarə Heyəti sədrinin müşaviri təyin olunmuşdu.