Həmyerlimiz Rusiya-Ukrayna müharibəsində həlak olub

Daha bir azərbaycanlı Ukraynada gedən müharibədə həlak olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, Rusiya ordusunun sıralarında döyüşdə iştirak edən Masallı rayon Böyük Kolatan kənd sakini Sadıqov Teymur Əzizulla oğlu həlak olub.
Xatırladaq ki, yaxın günlərdə daha iki azərbaycanlının Ukraynada gedən döyüşlərdə həlak olması ilə bağlı məlumat yayılmşdı.