Əcəmi metrosunun yanı hasarlandı - Ərazidə restoran tikilir - Video

Apr 8, 2025 - 11:04
Əcəmi metrosunun yanı hasarlandı - Ərazidə restoran tikilir - Video

Nəsimi rayonunun Memar Əcəmi metro stansiyasının üzərində aparılan "yaşıl sıyqırım" barədə məlumat vermişdik. 
 
Qlobal.az ərazidən yeni məlumatlar əldə edib. 
 
Belə ki, ağacların kəsildiyi həmin ərazi artıq 4 metr hündürlüyündə dəmir hasara alınıb. 
 
Ərazidə gizli tikinti işləri aparılır. 
 
Ətrafda yaşayan sakinlərin bildirdiyinə görə ərazidəki tikinti işləri 24 saat aparılır. 
 
Sözügedən yerdə restoran tikiləcəyi deyilir. 
 
Məsələ ilə bağlı Nəsimi raypn İcra Hakimiyyətindən mövqe öyrənə bilmədik.