Dövlət sektorunda əmək müqavilələrinin sayı azalıb

Apr 9, 2025 - 14:08
Dövlət sektorunda əmək müqavilələrinin sayı azalıb

Bu ayın əvvəlinə olan məlumata görə, Azərbaycanda əmək müqavilələrinin sayı 1 milyon 866 min 821 vahid olub.

Yeniavaz.com Dövlət Vergi Xidmətindən açıqlanan məlumata istinadən xəbər verir ki, qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 976 min 692 olub.

Müqayisə üçün bildirək ki, son bir il ərzində əmək müqavilələrinin sayı 27 min 712 vahid, qeyri-neft sektorunun özəl bölməsində isə 50  min 517 vahid artıb.

Açıqlanan məlumatlardan da göründüyü kimi, əmək müqavilələrinin sayı neft və dövlət sektorunda 22 min 805 vahid azalıb.