“Azercell” hədiyyə nömrəni işlətməyən abunəçisini məhkəməyə verdi – Fakt

“Azercell” abunəçisinə verdiyi hədiyyə nömrəni işlətmədiyi üçün müştərini məhkməyə verib.
Tribunainfo.az xəbər verir ki, bu problem Ramil Rəfizadənin başına gəlib. Öz problemini sosial şəbəkədə ictimailəşdirən şikayətçi bildirib ki, verilən hədiyyə nömrəni heç işlətməyib:
“Azercell” dən mənə hədiyyə korporativ nömrə verdilər. Heç istifadə etmədim və üstündən 1 il keçib məni veriblər məhkəməyə ki, bəs 35 manat borcunuz var. Hələ üstəlik 25 manat da məhkəmə xidmət haqqı istəyir, 60 manat icraçı tələb edir ki, ödə. Deyirəm, ay qardaş, nömrə istifadə olunmayıb heç.
“Azercell” ə bildirirəm ki, mənim digər nömrəm də simdir, zəng edib xəbərdarlıq edin də. Əməkdaş deyir, bizim vaxtımız yoxdur zəng etməyə.
Amma məhkəməyə verməyə vaxtları var”.
Qaşı tərəfi dinləməyə hazırıq.