“Arsenal” təhlükəni hiss etdi və ulduzu ilə danışıqlara başladı

“Arsenal” vinger Bukayo Saka ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara başlamağa hazırlaşır.
Bu barədə BBC məlumat yayıb.
23 yaşlı ingilisin hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. London klubu bununla onun gələcəyi ilə bağlı hər hansı qeyri-müəyyənlikdən qaçmaq istəyirlər.
Qeyd olunur ki, “Mançester Siti” Bukayoya maraq göstərir. “Arsenal” futbolçu üçün başqa namizədlərin meydana çıxacağına əmindir.
“Topçular” ümid edirlər ki, Çempionlar Liqası futbolu və klubun Premyer Liqa tituluna iddialı statusu Sakanı müqaviləni uzatmağa razı salacaq.
Qeyd edək ki, Saka bu mövsüm klubda keçirdiyi 24 oyunda 9 qol vurub və 13 məhsuldar ötürmə edib.