Müasir futbolun ən yaxşı 3 futbolçusu – Ronaldo açıqladı

“Qızıl top” mükafatının beşqat sahibi, “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo müasir futbolun üç ən yaxşı futbolçusunun adını açıqlayıb.
Aut.az xəbər verir ki, “Give me Sport”a açıqlama verən portuqaliyalı mütəxəssis özünü də o siyahıya daxil edib:
“Yəqin ki, özümü, Lionel Messi və Zinəddin Zidanı ən yaxşı üç oyunçu siyahısına daxil edərdim”.
Qeyd edək ki, Lionel Messi “İnter Mayami”də oynayır. Zinəddin Zidan isə 2006-cı ildə futbolçu karyerasını başa vurub.