Ançelotti: "Real" üçün transfer pəncərəsi bağlanıb"

"Real"ın baş məşqçisi Karlo Ançelotti yay transfer pəncərəsi ilə bağlı gələcək planlarından danışıb.
Qol.az xəbər verir ki, o, Madrid təmsilçisinin yeni transfer etməyəcəyini söyləyib:
“Bizim üçün transfer pəncərəsi bağlanıb. Mən başqa heç bir transfer istəməyəcəyəm".
Qeyd edək ki, "Real" bu yay iki futbolçu ilə müqavilə imzalayıb. Madrid klubu Kilian Mbappeni və Endriki heyətinə qatıb.