ABŞ və İran nümayəndələri bu tarixdə görüşəcək

ABŞ və İran nümayəndələri aprelin 12-də görüşəcək.
Yeniavaz.com “ABC News” telekanalına istinadla xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Bryus məlumat verib.
Onun sözlərinə görə, görüş Omanda baş tutacaq və tərəflər İranın nüvə proqramının həlli variantlarını müzakirə edəcəklər.
Dövlət Departamentinin sözçüsü bildirib ki, bu, danışıqlar yox, görüş olacaq.
Bryus ABŞ Prezidentinin elçisi Stiven Uitkoffun Omanda olacağını qeyd edib, lakin onun İran nümayəndə heyəti ilə görüşəcəyini təsdiq etməyib.
Qeyd edək ki, bir gün əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq keçirmiş və Omanda nüvə sazişinin bərpasına dair ABŞ-İran görüşünün birbaşa olacağını bildirmişdi.