Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

Apr 11, 2025 - 14:04
Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olundu

Xanlar Vəliyev Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.

AzToday.org APA-ya istinadla xəbər verir ki, bu barədə təqdimat Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.

Qeyd edək ki, Xanlar Vəliyevin hərbi prokuror kimi səlahiyyət müddəti başa çatıb.

Konstitusiya Məhkəməsinin hakimləri Azərbaycan Respublikası Prezidentinin təqdimatı ilə Milli Məclis tərəfindən təyin olunur.