Azərbaycan iqtisadiyyatının nə qədər böyüdüyü məlum oldu

Bu ilin yanvar-mart aylarında ölkədə 29 milyard 892,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,3% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3,8% azalıb, qeyri neft-qaz sektorunda isə 2,5% artıb.
ÜDM istehsalının 37%-i sənaye, 10,3%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,8%-i nəqliyyat və anbar təsərrüfatı, 5%-i tikinti, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 21,6%-i digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,7%-ini təşkil edib.
Bu ilin yanvar-mart aylarında əhalinin hər nəfərinə düşən ÜDM 2 922,2 manata bərabər olub. Bunun 1 057,5 manatı mart ayında qeydə alınıb. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə, yəni mart ayında əhalinin hər nəfərinə düşən ÜDM 1 032,4 manat olub.