Xanlar Ağalarovun rəhbərlik etdiyi qurum qanunu pozdu

"Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsi tikinti mallarının alınmasına 90 282 AZN xərcləyəcək.
Pravda.az-ın xəbərinə görə, qurum "Güvən Lux” MMC ilə müqavilə imzalayıb.
Alınacaq malların siyahısına aradoldurucu, dikt, metal list, profil və s. daxildir.
Qeyd: Nizamnamə kapitalı 10 AZN olan "Güvən Lux” MMC-nin qanuni təmsilçisi Elmar Ramiz oğlu Həmidovdur. Şirkətin dövlətə 15 638 AZN vergi borcu var.
Qlobal.az olaraq qeyd edək ki, "Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxsin İdarə heyətinin sədri Xanlar Ağalarovdur.
Xanlar Ağalarov 2024-cü ilin yanvar ayında bu vəzifəyə təyin edilib.