Türkiyədəki faciəvi yanğında ölənlərin sayı 66-ya çatdı

Türkiyənin Bolu vilayətindəki Kartalkaya xizək mərkəzində yerləşən “Grand Kartal” otelində baş verən yanğında ölənlərin sayı 66-ya, yaralananların sayı isə 51-ə yüksəlib.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
“Təəssüf ki, yanğın nəticəsində 66 nəfər həlak olub, 51 nəfər xəsarət alıb”, - deyə nazir hadisə yerində jurnalistlərə bildirib.