Tramp Rusiya ilə dostluq üçün bir şərt qoyub

Mar 19, 2025 - 10:07
Tramp Rusiya ilə dostluq üçün bir şərt qoyub

Amerika prezidenti Donald Tramp bildirib ki, əgər Rusiya Çinlə yaxınlaşmasa, Vaşinqton-Moskva dost ola bilər...

Bu barədə o, Fox News-a müsahibəsində bildirib.

Trampın sözlərinə görə, Rusiya nadir torpaq metalları da daxil olmaqla, ABŞ üçün qiymətli ehtiyatlara malikdir. Eyni zamanda, Çin lideri Si Tsinpin də Amerika dövləti ilə əlaqələr qurmağa hazırdır, çünki Pekinə öz bazarı lazımdır.

ABŞ prezidenti bildirib ki, o, hər ikisi ilə dost olmağa hazırdır, lakin o, Rusiya və Çinin “birləşməyə başlamasını” istəmir. Tramp iki ölkə arasında yaxınlaşmada ABŞ-ın keçmiş prezidenti Barak Obamanı və onun “pis enerji siyasətini” günahlandırıb.