Suares millidə son matçına bu tarixdə çıxacaq

ABŞ təmsilçisi "İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares milli karyerasını bitirmək qərarına gəlib.
Fanat.az xəbər verir ki, məlumatı AFP yayıb.
Suaresin sentyabrın 6-da yığmada son oyununu keçirəcəyi bildirilib.
Qeyd edək ki, 37 yaşlı Suares Uruqvay millisində 137 oyun keçirib ki, bu da millinin tarixində ikinci (ən çox oyunu Dieqo Qodin keçirib - 161) göstəricidir. O, yığmanın heyətində 68 qol vurub, 39 məhsuldar ötürmə edib. 2011-ci ildə millinin tərkibində Amerika Kubokunun qalibi olub.