Sırrı Süreyya Öndərin vəziyyəti ağırlaşıb, əməliyyat olunub

Apr 16, 2025 - 09:55
Sırrı Süreyya Öndərin vəziyyəti ağırlaşıb, əməliyyat olunub

Türkiyə Böyük Millət Məclisinin (TBMM) vitse-prezidenti və DEM Partiyasının İstanbuldan seçilmiş millət vəkili Sırrı Süreyya Öndər ürəyində yaranan problemlə əlaqədar xəstəxanaya yerləşdirilib.

Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Öndər arteriya damarında yaranan yırtıqla bağlı əməliyyat olunub.
İstanbulun səhiyyə direktoru Abdullah Emre Güner Öndərin vəziyyəti ilə bağlı bunları deyib:

“Ağır əməliyyat keçirib. İnşallah sağalacaq. Hazırda gözləmək və dua etməkdən başqa çarəmiz yoxdur”.
Qeyd edək ki, Sırrı Süreyya Önder həmçinin rejissor, ssenarist, aktyor və yazıçı kimi də fəaliyyət göstərir. O, PKK lideri Abdullah Öcalanla ilə görüşən DEM Partiyası heyətinin üzvlərindən də biridir.