Seçki günü videosu yayılan Rövşən İskəndərov saxlanıldı

Oct 29, 2024 - 11:42
Seçki günü videosu yayılan Rövşən İskəndərov saxlanıldı

Gürcüstanın hüquq-mühafizə orqanlarının əməkdaşları oktyabrın 26-da parlament seçkiləri zamanı Marneuli bələdiyyəsindəki seçki məntəqəsində bülletenləri seçki qutusuna atan şəxsi saxlayıblar.

Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili brifinqdə deyib.

“Dünən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu missiyasının rəhbərinə qanun pozuntuları ilə bağlı sual verildikdə o, bir faktın adını çəkdi - Marneuli hadisəsi. Bu şəxs saxlanılıb və iş araşdırılır”, - Papuaşvili bildirib.

Qeyd edək ki, seçki günü Tbilisi yaxınlığındakı Marneuli bələdiyyəsində bir nəfərin zorla seçki qutusuna bir neçə seçki bülleteni atması ilə bağlı insident baş verib. Qanun pozuntusu videoya çəkilib və bütün yerli mediada yayılıb. Tezliklə brifinqdə Gürcüstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Giorgi Kalandarişvili hadisə ilə bağlı cinayət işi açıldığını açıqlayıb. Bu məntəqənin nəticələri də ləğv edilib.

“24News.ge” portalı bülletenləri atan şəxsin Marneuli Bələdiyyə Məclisinin sədr müavini Rövşən İskəndərov olduğunu yazıb. Hadisənin Sadaxlı kəndindəki 69 saylı seçki məntəqəsində qeydə alındığı bildirilib.

Məlumat üçün bildirək ki, Marneuli bələdiyyəsinin Sadaxlı kəndində 69 saylı seçki məntəqəsində Rövşən İskəndərov tərəfindən bülletenlərin kütləvi şəkildə qutuya atıldığı görüntülər yayılmışdı.

https://www.facebook.com/watch/?v=1986493675145296&t=1