“Real” ulduz futbolçudan imtina etdi: 19 yaşlı oyunçuya görə

Mar 25, 2025 - 09:31
“Real” ulduz futbolçudan imtina etdi: 19 yaşlı oyunçuya görə

“Real”növbəti transfer pəncərəsində müdafiəçi almağı planlaşdırır.

Aut.az “Fichajes”ə istinadən xəbər verir ki, “Liverpul”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq mərkəz müdafiəçisi Vircil van Dayk Madrid klubuna xidmətlərini təklif edib. Lakin “qalaktikos”un rəhbərliyi niderlanlı futbolçudan yaşına (34 yaş) görə imtina edib.

Madrid klubu hesab edir ki, “Bornmut”dan 19 yaşlı mərkəz müdafiəçisi Din Heyseni transfer etmək daha məqsədəuyğundur.