“Real müxalifət istəyirlərsə, REAL Partiyasını tapsalar, kifayət edər”

May 16, 2025 - 11:14
“Real müxalifət istəyirlərsə, REAL Partiyasını tapsalar, kifayət edər”

“Adından da göründüyü kimi real müxalifət istəyirlərsə, REAL Partiyasını tapsalar, kifayət edər. “Real müxalifət nə deməkdir” sualını həmin sosial şəbəkə istifadəçilərindən soruşanlar varmı? Onlar nəyi nəzərdə tuturlar, real müxalif siyasi partiya necə olmalıdır? Müxalifətin işi proqramlarla, tezislərlə çıxış etmək, nöqsanları tənqid etmək, vətəndaşları bilgiləndirməkdir”.

Bunu modern.az-a REAL Partiyasının sədri Natiq Cəfərli bildirib.

“Bunun da öhdəsindən gələn partiyalar var. Elə bizim partiyamızın saytına girib baxa bilərlər ki, biz hansı qanun layihələrini hazırlayıb təkliflərlə çıxış etmişik. Partiya sədri olaraq da mənim bəlkə, gün ərzində 10-15 çıxışlarım olur. Videomüsahibələr, verilişlərdə iştirakım baş tutur. Ölkədəki problemləri dilə gətirərək, onların həlli yollarını göstəririk. Müxalifət budur. O insanlar başqa necə müxalifət axtarırlar, anlaya bilmirəm. Yeri gəlmişkən, belə düşünənlərin sayı da çox deyil”.