Tramp və Qətər əmiri 1,2 trilyon dollarlıq “iqtisadi mübadilə” haqqında razılığa gəliblər

ABŞ və Qətər 1,2 trilyon dollarlıq “iqtisadi mübadilə” sazişi imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Ağ Ev bu barədə mayın 14-də Prezident Donald Trampın Qətərə səfərinin yekunlaşmasından sonra məlumat yayıb.
Həmçinin iki ölkə arasında 243 milyard dollardan çox biznes sövdələşmələri bağlanıb. Onların arasında “Qatar Airways Amerikanın Boeing” və “GE Aerospace” şirkətlərindən təyyarə və mühərriklər alacaq.
Məlumat üçün qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp hökumət heyəti ilə birlikdə mayın 14-də Səudiyyə Ərəbistanından Qətərə gəlib və Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə görüşüb.
ABŞ Prezidenti Yaxın Şərqə səfərinin əsas məqsədlərindən birini varlı Körfəz ölkələrindən yeni iş yerləri yaradacaq investisiyaların cəlb edilməsi adlandırıb.
Təhlilçilər Trampın Qətərə səfərinin “Trump Organization”un regionda biznesini genişləndirdiyi bir vaxta təsadüf etdiyini vurğulayırlar.
ABŞ Prezidentinin artıq heç bir rəsmi əlaqəsi olmayan və oğullarının rəhbərlik etdiyi şirkət mayın əvvəlində Qətər və Birləşmiş Ərəb Əmirliklərində qolf meydançaları və villalar tikməyi planlaşdırdığını açıqlayıb.