Azərbaycanda nikah və boşanmaların sayı açıqlandı

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən bu ilin birinci rübündə 11 min 206 nikah və 4 min 765 boşanma halları qeydə alınıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4-dan 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2-dan 1,9-a düşüb.