İşğaldan azad olunan rayonlarda nə qədər insanın yaşadığı açıqlandı

May 15, 2025 - 14:26
İşğaldan azad olunan rayonlarda nə qədər insanın yaşadığı açıqlandı

Ölkə əhalisinin sayı ilin əvvəlindən 8 min 253 nəfər və ya 0,1% artaraq 2025-ci il aprel ayının 1-i vəziyyətinə 10 milyon 233 min 142 nəfərə çatıb.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ölkə əhalisinin 54,4%-ini şəhər, 45,6%-ini kənd sakinləri, 49,8%-ini kişilər, 50,2%-ini isə qadınlar təşkil edir.

Məlumatda bildirilir ki, 01.05.2025-ci il tarixədək işğaldan azad edilən ərazilərin bərpa olunan yaşayış məntəqələrinə 13 min 745 nəfərdən ibarət 3 min 464 ailənin qayıdışı təmin edilib. İşğaldan azad edilən ərazilərdə bərpa-quruculuq işləri və digər peşə fəaliyyəti ilə bağlı müvəqqəti yaşayan şəxslərin və onların ailə üzvlərinin sayı isə 28 min 249 nəfər təşkil edib. Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində təhsil alan 1 150 nəfər tələbə də nəzərə alınmaqla işğaldan azad edilən ərazilərdə məskunlaşan əhalinin ümumi sayı 43 min 144 nəfər təşkil edib.