“Real” 16 il əvvəl belə aqibət yaşamışdı

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün 1/4 final mərhələsinin “Arsenal”a qarşı ilk oyununda məğlub olan (0:3) “Real” avrokubokların əsas turnirində son 16 ilin klub antirekorduna imza atıb.
Aut.az xəbər verir ki, bu barədə “Opta Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid klubu 2009-cu ilin martından bəri ilk dəfə ÇL-də ardıcıl iki matçda qol vura bilməyib. Həmin il turnirin 1/8 final matçlarında Xuande Ramosun rəhbərlik etdiyi “kral klubu” həm evdə (0:1), həm də səfərdə (0:4) “Liverpul”a qol vurmadan uduzub.
Xatırladaq ki, Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu çərçivəsində baş tutan qarşılaşmada “Real” “Atletiko”ya 0:1 hesabı ilə uduzub. “Los Blankos” penaltilər seriyasında dəqiq oynayaraq mərhələ adlayıb – 4:2.