Rafinya rekord qırdı: Neymarla Rivaldo geridə qaldı

Rafinya braziliyalılar arasında Çempionlar Liqasında qol rekordu vurub.
Aut.az xəbər verir ki, “Barsa”nın cinah oyunçusu Çempionlar Liqasının 1/8 finalında “Benfika” ilə cavab oyununda dubl edib .
O, cari turnirdə artıq 11 qol vurub.
Rafinya bir braziliyalının Çempionlar Liqasının bir mövsümündə vurduğu qollara görə yeni rekorda imza atıb.
Buna qədər 10 qolla Rivaldo (1999/2000), Neymar (2014/15), Kaka (2006/07), Roberto Firmino (2017/18) və Jardel (1999/00) lider idilər.